Accessibility links

Ruslan İzzətlinin ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayətinə baxılacaq


Ruslan İzzətli-siyasətçi
Ruslan İzzətli-siyasətçi

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətlinin ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayətinə baxılacaq.

Bu barədə Amerikanın Səsinə Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı bildirib.

Onun sözlərinə görə, aprelin 2-də Xətai Rayon Məhkəməsi Ruslan İzzətlini ev dustaqlığına buraxmayıb.

Günel Manaflı onun səhhətindən narahatdır.

“Dünən özü ilə danışmışam. Ödündə hələki sancıları yoxdur. Amma ümumi halsızlıq var. Zənglə bağlı da vaxtı az verirlər. Qanuna görə 15 dəqiqə danışa bilər. Ancaq heç 10 dəqiqəyə belə imkan vermirlər “, Manaflı qeyd edib.

O, aprelin 8-də təcridxanada Ruslan İzzətli ilə görüşəcəyini bildirib.

Bu deyilənlərə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik şərh bildirməyib.

Bundan əlavə Günel Manaflı Ruslan İzzətlinin avtomobilinin hələ də qaytarılmadığını deyir.

“Maşınında heç nə tapılmasa belə tam qanunsuz halda maşınını qaytarmırlar. Bununla bağlı martın 28-də DİN-ə həm online, həm də poçt vasitəsilə məktub göndərmişəm. Ancaq bu günə qədər bir cavab ala bilməmişəm. Yalnız bir dəfə martın 30-da zəng etdilər ki, araşdırma aparacağıq”, o bildirib.

Günel Manaflı bununla bağlı məhkəməyə müraciət edəcəyini də istisna etməyib.

“Bir müddət də cavabı gözləyəcəyik, əgər cavab gəlməsə bu haqda vəkillərlə məsləhətləşib lazımı hüquqi addımı atacağıq”, Ruslan İzzətlinin həyat yoldaşı deyib.

Günel Manaflının bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib.

Xatırlatma

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin “III Respublika” Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Tolpum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin “III Respublika” Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.

Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

"III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb.

"Həmçinin beynəlxalq birliyi də Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırırıq”, bəyanatda bildirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG