Accessibility links

İndoneziyanın radikal islamçı lideri: "200 bomba intiharçısı göndərmişik"


İndoneziyanın radikal İslamçı lideri öz ölkəsinin Tel Əvivin Livandakı addımlarına cavab olaraq İsrailin maraqlarına və Qərb tərəfdarlarına hücumlar etmək üçün 200 bomba intiharçısı göndərdiyini bildirir.

İslam gənclərinin lideri Suaib Didu bomba intiharçıları qvardiyasının yaradıldığını bildirib. O, qvardiyanın Cakartada yerləşən müsəlman gənclər hərəkatının bir hissəsi olduğunu deyib. Didunun sözlərinə görə, döyüşçülər intihar missiyaları üçün hazırlanıb və əməliyyatlar zamanı mülki əhaliyə ziyan vurmamaq üçün xüsusi təlim keçiblər.

Beynəlxalq Krizis Qrupunun Cakartadakı nümayəndəsi isə ciddi dəlillər ortaya qoyulmayınca bu bəyanata inanmamağı məsləhət görür.

XS
SM
MD
LG