İranın dövlət mətbuatı bildirib ki, ölkənin hərbi qüvvələri dünən başlamış genişmiqyaslı təlimlər çərçivəsində bir neçə qısa mənzilli raketin sınağını keçirib. İran televiziyasının verdiyi məlumata görə, hərbi qüvvələr 80 km.-dən 250 km.-ə qədər məsafəni qət edə biləcək Saegeh adlı yer-yer tipli raketləri sınaqdan keçirib. Məlumata əsasən, raket sınağı bu gün Kəşan səhrasında keçirilib. Hərbi qüvvələr təlimlərin bir neçə həftə ərzində ölkənin 30 vilayətindən 14-də keçiriləcəyini bildirib. Ordu baş komandanı ayatollah Salehi deyib ki, İran onun sözlərilə, “ağılsız düşmən”in mümkün hücumlarına hazır olmalıdır. Onun İsraili, ABŞ-ı, yoxsa hər ikisini nəzrdə tutub-tutmadığı aydın deyil.