Accessibility links

Barak Obama Cənubi Sudan prezidenti Salva Kiirlə görüş keçirib

  • Amerikanın səsi

Barak Obama Cənubi Sudan prezidenti Salva Kiirlə görüş keçirib

Barak Obama Cənubi Sudan prezidenti Salva Kiirlə görüş keçirib

ABŞ prezidenti Barak Obama yenicə müstəqillik qazanan Cənubi Sudanın prezidenti Salva Kiirlə görüş keçirib. BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edilən görüş zamanı cənab Obama Cənubi Sudan xalqına yardım göstəriləcəyinə vəd verib. Liderlər birgə şəkil çəkdirsələr də, heç bir açıqlama verməyiblər. Lakin prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rodes bildirib ki, prezident Obama cənab Kiiri sülh razılığının şərtlərinə əməl edilməsinə çağırıb. Onların qanunun aliliyi, şəffaqlıq və iqtisadi tərəqqi kimi məsələləri də müzakirə etdikləri bildirilir. Cənubi Sudan iyul ayının 9-da referendumun nəticəsi olaraq müstəqilliyini elan edib.

XS
SM
MD
LG