Accessibility links

Cənubi Sudanın paytaxtı dəyişir

  • Asgar Asgarov

Cənubi Sudanın paytaxtı dəyişir

Cənubi Sudanın paytaxtı dəyişir

Cənubi Sudan hökuməti paytaxtı Cuba şəhərindən Göllər Ştatındakı seyrək əhalisi olan qəsəbəyə keçirmək fikrindədir.

Cənubi Sudan rəsmiləri paytaxtın yeni dövlətin mərkəzində yerləşən Ramsiel şəhərinə köçürüləcəyini elan ediblər.

Hökumət rəsmiləri Cubada dövlət binalarının inşası üçün torpaq alqısında problemlər yarandığını bildirirlər. Ramsieldə 40 kvadrat kilometr torpaq sahəsi alan Cənubi Sudan hökuməti hazırkı paytaxtdan 240 kilometr şimalda yerləşən məkanda paytaxt qurmağa qərar verib.

Cənubi Sudanın informasiya nazii Barnaba Marial Bencamin inşaat planlarının bir neçə il vaxt aparacağını bildirib.

XS
SM
MD
LG