Accessibility links

ABŞ-İran münasibətləri:Təhlil

  • Amerikanın səsi

ABŞ-İran münasibətləri:Təhlil

ABŞ-İran münasibətləri:Təhlil

İranın bu yaxınlarda Hörmüz boğazını bağlayacağına dair hədələri narahatlıqlar və neft qiymətlərinin artmasına səbəb olub.

İran hərbi manevrləri ilə Amerikanı hədələməsinə qüvvət verib. ABŞ rəsmiləri isə aydın şəkildə beynəlxalq sular olan Körfəzdə əməliyyatlarını davam etdirəcəyini bildirib. İran üzrə ekspert Mark Fitzpatrik İranın hədələrinin mənasız olduğunu deyir.“Gülməlidir. Kim inana bilər ki, Amerika İranın sözünə əməl edib, beynəlxalq sularda əməliyyatlarını dayandıracaq? Bu mümkün deyil”.

İranın Hörmüz boğazını dünyanın 20 faiz neft daşınmasına da bağlayacağına dair hədələrinə Amerika kəskin cavab verib. İran üzrə ekspert Mark Fitzpatrik hesab edir ki, söz güləşdirilməsi müharibəyə yol aça bilməz.“Gələn bir necə həftə və ya ay ərzində hərbi münaqişənin baş qaldıracağını düşünmürəm”.

Lakin ekspert deyir ki, İran nüvə silahının istehsalına yaxınlaşdığı təqdirdə ABŞ və ya İsrailin hərbi hədəfinə çevrilə bilər. İran rəsmiləri isə nüvə proqramının dinc mahiyyət daşıdığında israr edir.

İran Qərbin təzyiqlərini artıq hiss etməkdədir. Amerika və Avropa liderləri deyir ki, son sanksiyaların neft üzərində mərkəzləşməsi İran iqtisadiyyatına zərər vurur. “Sanksiyalar İranın neft satışına ziyan vurmaqla, iqtisadiyyatını zəiflədir.İran ciddi təzyiq altındadır. Belə təzyiq altında olan ölkələr çox vaxt hücuma keçir” .

Mark Fitzpatrikin dediyinə görə, İranın əməlləri neft qiymətlərinin qalxmasına səbəb olub.

Lakin İHS məsləhət şirkətinin əməkdaşı, təhlilçi Ceyms Brayzer hesab edir ki, İranın hədələrinə əhəmiyyət verməmək ağılsızlıq olar.“İran hərbi dəniz donanmasına böyük yatırımlar edib. İran qeyri-adi taktikaları ilə boğazda daşınmaya mane ola bilər. İranın qabiliyyətinə məhəl qoymamaq olmaz. Baxmayaraq ki, bu, uzun sürməyə bilər” .

Təhliçilərin fikrincə ABŞ-la İran arasında gərginlik ya İranın nüvə proqramını sürətləndirməsinə, ya da Qərbin İranla dil tapmasına gətirib çıxaracaq.

XS
SM
MD
LG