Accessibility links

ABŞ təkcə Gürcüstan deyil, bütöv regionda demokratiyaya keçid prosesini alqışlayır


ABŞ təkcə Gürcüstan deyil, bütöv regionda demokratiyaya keçid prosesini alqışlayır
ABŞ təkcə Gürcüstan deyil, bütöv regionda demokratiyaya keçid prosesini alqışlayır

Bu il Gürcüstan Sovet İttifaqından müstəqilliyinin 20-ci, Qızılgül inqilabının 8-ci ildönümünü qeyd edir. Bu yaxınlarda Ağ Evdə Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili ilə görüşən ABŞ prezidenti Barak Obama deyib ki, suveren və demokratik bir dövlət quran Gürcüstan inkişafları ilə fəxr etməlidir. “Hər şeydən öncə Gürcüstanda təsisatlar quruculuğunu xüsusi qeyd etmək istərdim. Azlıqların müdafiəsi, polis sistemi və qanunun aliliyinin təminat altına alınması gələcəkdə böyük dəyişikliklərə yol açacaq, Gürcüstanın gələcək nəsillərinə xidmət edəcək.”

Liderlər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələsini müzakirə edib. Gürcüstan iqtisadi artım sahəsində bir sıra nailiyyətlər əldə etsə də, görüləcək iş hələ çoxdur. ABŞ bu sahədə Gürcüstana yardım etməyə hazırdır. Dövlət başçıları müzakirələr zamanı mümkün azad ticarət razılığının əldə edilməsi də daxil edilməklə, ticari əlaqələrin möhkəmləndiriməsi məsələsinə də toxunublar.

Amerika Gürcüstanın NATO qüvvələri tərkibində Əfqanıstanda xidmət göstərməsini yüksək qiymətləndirir. ABŞ prezidenti Barak Obama Gürcüstanın NATO-ya üzvlüyünə dəstək verdiyini bildirib.

ABŞ təkcə Gürcüstan deyil, bütöv regionda demokratiya və şəffaflığa keçid prosesini alqışlayır. Barak Obama deyib ki, digər ölkələr “Gürcüstan bacardısa, biz niyə bacarmırıq” - deyə o ölkədən örnək alacaq.

Amerika Gürcüstanda ilin sonuna təyin edilən parlament, gələn il isə prezident seçkilərinin azad və ədalətli keçirilməsinin vacibliyini vurğulayıb.

ABŞ dövlət başçısı bildirib ki, rəsmi keçid hələ həyata keçirilməmiş bir sıra islahatarla mümkün ola bilər.

XS
SM
MD
LG