Accessibility links

Azərbaycan və Gürcüstan prezidenti danışıqlar aparıb


Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycanda iki günlük rəsmi səfərdədir.

Azərbaycan və Gürcüstan prezidenti əvvəlcə təkbətək və sonra geniş tərkibdə görüş keçirib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün yekunu olaraq iki ölkə arasında "Azərbaycan Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

XS
SM
MD
LG