Accessibility links

Abbas Lisaninin həyat yoldaşı Amerikanın Səsinə danışıb [Audio-Müsahibə]


Abbas Lisani

Abbas Lisani

Ruqəyyə Əlizadə güneyli fəalın saxlanıldığı bölməyə əlavə məhdudiyyətlərin tətbiq edildiyini bildirir

“Abbası 18 nəfərlik bölməyə aparandan sonra 32 nəfəri gətirib saldılar oraya. Məhbusların yemək bişirdiyi ocağı apardılar, telefon haqlarını kəsdilər və həyətə çıxmalarına yasaq qoydular.” Bu sözləri iyul ayında Ərdəbil zindanına aparılan Abbas Lisaninin xanımı Ruqəyyə Əlizadə Amerikanın Səsi ilə söhbətdə dilə gətirib.

Tanınmış güneyli fəal və siyasi məhbusun xanımı müsahibədə həmin şərtlərə etiraz olaraq keçən həftələrdə 12 günlük aclıq aksiyası keçirmiş həyat yoldaşının durumu və onun Ərdəbil zindanı məsulları tərəfindən məruz qaldığı basqılar və təhdidlər haqqında danışıb.

Abbas Lisani 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu bir il həbs cəzasını keçirmək üçün Ərdəbil zindanına göndərilib.

Abbas Lisani may 2006 olaylarından sonra 30 ay həbsdə saxlanıldı

Abbas Lisani may 2006 olaylarından sonra 30 ay həbsdə saxlanıldı

Ruqəyyə Əlizadənin söylədiklərinə görə, onun həbsxananın siyasi məhbuslara məxsus hissəsi olaraq tanınan bölməyə aparılmasından sonra zindan məsulları həmin bölməyə qarşı əlavə məhdudiyyətlər tətbiq edib:

“Zindana girəndən bir bölməyə verilib ki, adı məsələn siyasidir. Abbası oraya aparandan sonra, 18 nəfərlik bölməyə 32 nəfər məhbus gətirib saldılar. Hər cürə adam salırlar. Yeməkləri yetərli olmur. Bir də məhbusların özlərinin yemək bişirdiyi 3 gözlü ocağı götürüb aparıblar. Telefon haqlarını kəsiblər. Həyətə çıxmağa yasaq qoyublar. Məhbuslar gedib bufetdən özünə bir şey ala bilmir. Sadəcə bunların bölməsi belədir.”

Zindana girəndən bir bölməyə verilib ki adı məsələn siyasidir. Abbası oraya aparandan sonra, 18 nəfərlik bölməyə 32 nəfər məhbus gətirib saldılar. Hər cürə adam salırlar. Yeməkləri yetərli olmur. Bir də məhbusların özlərinə yemək pişirdiyi 3 gözlü ocağı götürüb aparıblar. Telefon haqlarını kəsiblər. Həyətə çıxmağa yasaq qoyublar. Məhbuslar gedib bufetdən özünə bir şey ala bilmir. Sadəcə bunların bölməsi belədir.

O, Abbas Lisanidən əlavə siyasi səbəblər üzündən məhkum olmuş iki Bəluç, bir Ərəb və bir Türkiyə Kürdünün həmin bölmədə saxlanıldığını bildirir.

Aclıq başladıqdan sonra Lisaninin həbsxananın müdiri və qazisinin təhdid və təhqirlərinə məruz qaldığını qeyd edən xanım Əlizadənin sözlərinə görə, 12 gün aclığın ardından məsulların şərtlərin yaxşılaşmasına dair söz verməsi ilə tanınmış fəal aksiyaya son verib.

“Biz Abbası görməyə gedib və aclığa son verməsi üçün xahiş etdiyimiz zaman onu əlləri və ayaqları qandallı şəkildə gətirdilər. Əllərini bir-birinə və əlavə olaraq bir əsgərin əlinə bağlamışdılar,” deyə Ruqəyyə Əlizadə açıqlayır.

O, həmçinin həyat yoldaşının başqa bir şəhərə sürgün edilməklə təhdid olunduğunu bildirir. “Aclıq aksiyasından sonra prokuror söz verdi ki, sürgün edilməsin,” deyə xanım Əlizadə qeyd edir.

Abbas Lisani 2006-cı ilin may ayında baş verən kütləvi etirazlardan sonra nəzarət altına alındığı zaman 18 ay həbsə məhkum edilərək Əhər zindanına göndərilmişdi. Həbsdə olarkən təkrar başqa bir ittiham ilə mühakimə edilən fəalın həbs müddətinə 12 ay əlavə olunmuşdu. Lisani həmin illərdə 30 ay həbsinin 10 ayını sürgündə və Yəzd vilayətinin zindanında keçirib.

XS
SM
MD
LG