Accessibility links

Abbas Lisani: Həsən Ruhaninin siyasəti xaricdə uzlaşma, daxildə repressiyadır [Audio]


Abbas Lisani

Abbas Lisani

“Həsən Ruhani hökümətində həm Haşiminin populizmini görürük, həm də Xatəminin islahatçı şuarlarını. O, dünya ölkələri ilə uzlaşmaq, İran içində isə repressiya və basdırma siyasətini yürüdür.” Bu fikri Dünya Ana Dili Günündə həbs edilənlər sırasında olmuş güneyli fəal Abbas Lisani səsləndirib. Haqqında BMT və Amnesty International kimi bir çox beynəlxalq qurumun bəyanat çıxardığı tanınmış fəal Amerikanın Səsinə müsahibə verib.


Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilmiş toplantıya qatıldığı üçün qanunsuz toplaşma və İranın milli təhlükəsizliyini pozmaq hədəfi ilə təşkilat qurmaq ittihamı ilə qarşılaşan Abbas Lisanı Əhərdə baş verən olaylar, tutulma, həbs və mühakimə prosesləri ilə bağlı danışıb. O həmçinin Həsən Ruhani hökümətinin verdiyi sözlərlə əməldə yürütdüyü siyasət arasındakı fərqləri dəyərləndirərək, prezident Ruhaninin əslində İranda demokratik hərəkatları basdırmaq istiqamətində yazılmış ssenarini icraçısı olduğunu irəli sürüb.

İran İslam Respublikası 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra siyasi böhranla qarşı qarşıya gəldi. Hakimiyyət o böhranı bir təhər atlada bildi, ancaq yenidən elə bir böhranla üzləşmək istəmir. Həsən Ruhani isə belə bir böhranların baş verməsini önləmək məqsədi ilə yazılmış ssenarini icra etmək üçün seçildi.
“Dünya Ana Dili Günü UNESCO’nun müəyyənləşdirdiyi bir gündür. İran da bu münasibəti tanıyıb. Bu günü qeyd etmək üçün Əhər fəalları tərəfindən bir toplantı təşkil edildi və biz də çağırıldıq,” deyə ərdəbilli fəal Əhərdə keçirilmiş toplantıya nə şəkildə qatıldığını açıqlayıb. Onun dediklərinə görə, mərasim bəzi iştirakçıların ana dili ilə bağlı danışığı, habelə sazlı-sözlü çıxışlardan ibarət olub.

Lisani polis məmurlarının toplantının keçirildiyi evə hücumu, eləcə də özü və digər iştirakçıların nəzarət altına alınmasını şərh edib: “Mərasimi keçirərkən, evin polis məmurları tərəfindən mühasirə edildiyini öyrəndik... Onlar çox kobud şəkildə və bəyənilməz davranışlar sərgiləyərək evə hücum etdilər... 100-ə yaxın iştirakçı həbs edildi.”

Tanınmı fəal həbsdə ikən, Azərbaycan veb səhifələri o və altı başqa fəal tərəfindən yazılmış bir məktubun təsvirini nəşr etdilər. Məktubda 7 fəal işgəncəyə məruz qaldıqlarını qeyd etmişdilər.

Amerikanın Səsi ilə müsahibədə həmin məktubda yazılanları təsdiq edən siyasi fəal məruz qaldıqları fiziki və ruhi işgəncələr haqqında danışıb: “Bunlar mərasimə qatılan təqribən 100 fəalı nəzarət altına aldılar. Məhbusların sayı çox olduğu üçün zindanda yer yox idi. 24 saat sonra bəzilərini buraxıb, 50-60 nəfəri saxladılar. Sonra gəlib mənimlə birlikdə 7 nəfəri çağırıb digərlərindən ayırdılar. Davranışları çox kobud idi, ayaqlarımızı və arxadan qollarımızı bağladılar. Gözü bağlı olaraq bir maşını mindirib başqa yerə apardılar. Sonralar Təbrizdə bir yer olduğunu bildik. Orada fiziki və ruhi işgəncələrə məruz qaldıq.”

Davranışları çox kobud idi, ayaqlarımızı və arxadan qollarımızı bağladılar. Gözü bağlı olaraq bir maşını mindirib başqa yerə apardılar. Sonralar Təbrizdə bir yer olduğunu bildik. Orada fiziki və ruhi işgəncələrə məruz qaldıq.
Amnesty International tərəfindən vicdan məhbusu adlandırılmış milli fəalın sözlərinə görə, tutulanlara qarşı “qanunsuz toplaşma və İranın milli təhlükəsizliyini pozmaq hədəfi ilə təşkilat qurmaq” ittihamı irəli sürülüb. Şərqi Azərbaycan Ədliyyəsinin rəsmi veb səhifəsi də Əhərdə tutulan fəallara həmin ittihamın irəli sürülməsi ilə bağlı xəbər yayıb. Ədliyyə idarəsi fəalların Ana Dili Günü münasibəti ilə təşkil olunmuş toplantıya qatıldıqları üzündən tutulduqlarını da təsdiq edib.

“Toplaşma dedikləri şey açıq bir yerdə olar, ki o da qanunsuz deyil. Halbuki biz bir evdə toplanmışdıq. Burada qanunsuz olan heç nə yoxdur,” deyə Abbas Lisani irəli sürülən ittihamın yersiz və qanunlara qarşı olduğunu vurğulayıb.

O, Şərqi Azərbaycan Ədliyyə idarəsi saytında həbslərlə bağlı yayılan xəbəri bir iqrar olaraq dəyərləndirib: “Saytda yazılan xəbəri oxudum. Məncə bu bir iqrardır. Özləri də insanları ana dili gününü qeyd etdikləri üçün həbs etdiklərini iqrar ediblər.”

Keçmişdə də illərlə həbsdə olmuş fəal İranda məhkəmə sisteminin müstəqil olmadığını və təhlükəsizlik qurumlarının göstərişləri ilə hərəkət etdiyini söyləyib:
“Məhkəmə sənəddən söz açanda əslində Ettelaat əməkdaşlarının hazırladığı hesabatı deyir. Bu isə İranda məhkəmə hakimiyyətinin müstəqil olmadığını göstərir.”
Dünya Ana Dili Günü ilə bağlı geniş həbslərin mötədil siyasətçi kimi tanınan və fərdi azadlıqlar, habelə etnik cəmiyyətlərin hüquqları və Türk dilinin tədrisi ilə bağlı vədlər vermiş Həsən Ruhani hakimiyyətində həyata keçirilməsi veb səhifələr və sosial medianın müzakirə mövzusu olub.

Məhkəmə sənəddən söz açanda əslində Ettelaat əməkdaşlarının hazırladığı hesabatı deyir. Bu isə İranda məhkəmə hakimiyyətinin müstəqil olmadığını göstərir.”
Abbas Lisani əlavə edib:

“İran İslam Respublikası 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra siyasi böhranla qarşı qarşıya gəldi. Hakimiyyət o böhranı bir təhər atlada bildi, ancaq yenidən elə bir böhranla üzləşmək istəmir. Həsən Ruhani isə belə bir böhranların baş verməsini önləmək məqsədi ilə yazılmış ssenarini icra etmək üçün seçildi. Onu yaşıl hərəkətə qarşı bir padzəhər kimi ictimai gözləntilərin yaranmasının qarşısını almaq üçün gətirdilər.”

Cənab Lisani Ruhani hakimiyyətinin mahiyyət etibarı ilə öncəki hökümətlərlə fərqlənmədiyi və eyni siyasətləri ancaq başqa bir formada yürütdüyünü vurğulayıb: “Həsən Ruhani əslində sabiq prezidentlər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Əhmədinejad hökümətlərinin yürütdüyü siyasətləri bir araya gətirərək hamısını bir yerdə tətbiq edir,” deyə o bildirib.
XS
SM
MD
LG