Accessibility links

ABŞ prezidentliyinə namizədlər son debata hazırlaşırlar


APTOPIX Obama Romney Dinner
APTOPIX Obama Romney Dinner
ABŞ prezidenti Barak Obama və Respublikaçı namizəd Mitt Romni Nyu Yorkda keçirilən yüksək səviyyəli dövlət rəsmilərinin iştirak etdiyi xeyriyyə naharında bir-birilərini məsxərəyə qoyduqdan bir gün sonra seçkiqabağı kampaniyalarına davam edirlər.

Noyabr seçkilərində mübarizə meydanına çevriləcək Florida ştatında Mitt Romni və onun tərəfdaşı Paul Ryan seçicilərlə görüşəcək.

Prezident Obama Mərilənd ştatında yerləşən Kemp Deyvid prezident iqamətgahına yola düşməzdən əvvəl Virciniya ştatında seçicilərin önündə çıxış edəcək.

Hər iki namizəd bazar ertəsi keçirilməsi nəzərdə tutulan son seçkiqabağı debata hazırlaşır. Onlar Floridaya gələrək, diqqəti əsasən xarici siyasət mövzusuna yönəldəcəklər.

Cümə axşamı Nyu Yorkun Katolik Arxiyepiskopluğu tərəfindən təşkil edilən ziyafətdə hər iki namizəd bəzən mübahisəli keçən prezident kampaniyasından bir müddət ayrılaraq zarafat dolu çıxışlar ediblər.

Prezident Obama və Mitt Romni eyni masa arxasında
please wait

No media source currently available

0:00 0:01:22 0:00
XS
SM
MD
LG