Accessibility links

Ərdəbil millət vəkili: Biz azəri və iranlıyıq, türklər kimi “badam gözlü” və “sarı” deyilik


Mənsur Həqiqətpur

Mənsur Həqiqətpur

Mənsur Həqiqətpur Azərbaycan əhalisiinin "ağ" irqə mənsub olduğunu və "sarı" irqli türklərdən fərqləndiyini deyir.

“Biz türk deyilik, azəriyik - irqimiz İran irqi, rəngimiz ağ və gözlərimiz normaldır... Türklər isə sarı irqdən və badam gözlüdürlər, varvar yanaqları vardır,” deyə Ərdəbil millət vəkili Mənsur Həqiqətpur Türk Dil Qurumunun İran Azərbaycanı üçün lazimsiz olduğunu bildirib.

Təbrizdə fəaliyyət göstərən Elpress adlı internet qəzetinə müsahibə verən Həqiqətpurun bu sözləri sosial mediada geniş etiraz dalğası ilə qarşılanıb.

“Ərdəbil”, “Türk Dil Qurumu təsisi üçün imza kampaniyası” və “Azərbaycan fəxrləri” kimi facebook səhifələrində millət vəkilinin “anti-türk” olduğuna dair nəşr edilən yazılar və şəkillər yüzlər istifadəçi tərəfindən bəyənilərək yenidən paylaşılıb.

Güneyli mədəni fəallar, habelə tanınmış bir çox yazar, mədəniyyət xadimi və siyasətçi Həsən Ruhaninin Türk Dil Qurumunun təsisi ilə bağlı vədlərinin yerinə gətirilmədiyini tənqid edirlər. Ancaq Ərdəbil millət vəkilinin sözlərinə görə, belə bir qurum İran Azərbaycanında deyil əsl türklərin yaşadığı Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrdə qurulmalıdır.

“Biz indi türkcə danışırıq, ancaq ana dilimiz farscanın azəri ləhcəsidir. Səlcuqların İran və Azərbaycanda hökümət etdikləri dövrlərdə türk dili xalq arasında yayılmağa başladı,” deyə İran məclisində milli təhlükəsizlik komissiyasının üzvü Təbrizdə Türk Dil Qurumunun təsisinin tələbi arxasında siyasi hədəflərin mövcud olduğunu irəli sürüb.

Ötən yanvar ayında isə Ərdəbil şəhərinin imam-cüməsi və İranın ali ruhani liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Höccətül-İslam Seyyid Həsən Amili 19 yanvarın “Dünya Müsəlman Azərilər Günü” olaraq müəyyənləşməsini təklif etmişdi.

XS
SM
MD
LG