Accessibility links

İran prezidenti sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib

  • Amerikanın səsi

İran prezidenti sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib

İran prezidenti sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib

İran prezidenti Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanının Vaşiqntondakı səfirinə qarşı sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib. Bu gün danışan prezident deyib ki, iranlılar sivil bir xalqdır və sui-qəsd kimi əməllər arxasında daldalanacaq bir millət deyil.

Dünən İranın ali ryhani rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın Tehranın Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdini dəstəklədiyinə dair iddilarını absurd adlandırmışdı. O, ABŞ-ı Amerikada bir neçə iranlıya qarşı əsassız ittihamlar irəli sürməklə İranı təcrid etmək səy göstərməkdə ittiham etmişdi.

Cümə günü ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun İran rəsmiləri ilə sui-qəsd cəhdi ilə bağlı birbaşa danışıqlar keçirdiyini bildirmişdi. O, görüşün Amerikanın bu kimi əməlləri qəbuledilməz hesab etdiyinə aydınlıq gətirdiyini demişdi.

XS
SM
MD
LG