Accessibility links

Rusiya dünyada insan hüquqlarının vəziyyətinə dair ilk hesabatını açıqlayıb

  • Amerikanın səsi

Rusiya dünyada insan hüquqlarının vəziyyətinə dair ilk hesabatını açıqlayıb

Rusiya dünyada insan hüquqlarının vəziyyətinə dair ilk hesabatını açıqlayıb

Rusiyanın Xarici İşlər Nazirliyi Amerikanı həm ölkə daxilində, həm də xaricdə insan hüquqlarına riayət etmədiyinə görə tənqid edib. Rusiyanın dünyada insan hüquqlarının vəziyyətinə dair ilk hesabatında ABŞ-ın Güntanamo hərbi həbsxanasında əməliyyatlarını davam etdirdiyi, Ağ Evin rəsmilər və Mərkəzi Kəşfiyyat Agentliyinin işçilərini mühakimələrdən qoruduğu bildirilir. Hesabatda deyilir ki, Amerika əhalisinin özəl həyatlarına qarışır və bu ölkədə vəziyyət idealdan çox-çox uzaqdır.

Rusiyanın İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, NATO-nun Liviya əməliyyatları zamanı hüquq pozuntularına yol verməsi də kəskin tənqid edilib. Agentlik Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən bildirir ki, NATO-nun Liviya əməliyyatları müstəqil şəkildə araşdırılmalıdır.

Rusiya ABŞ Dövlət Departamentinin hesabatlarında Kremlə ünvanlanan tənqdləri adətən rədd edir.

XS
SM
MD
LG