Accessibility links

17 yaşadək futbolçuların Avropa çempionatı Azərbaycanda keçiriləcək


2012-ci ildə Azərbaycan 17 yaşlı qızlar arasında dünya çempionatına da ev sahibliyi edəcək.

Martın 20-də İstanbulda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan futbolu üçün əlamətdar qərar qəbul olunub.
Belə ki, qitə futbol qurumunun qərarına əsasən, 2016-cı ildə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan 17 yaşlı qızlar arasında dünya çempionatına da ev sahibliyi edəcək.

XS
SM
MD
LG