Accessibility links

650 ABŞ əsgəri Əfqanıstanı tərk etdi


650 ABŞ əsgəri Əfqanıstanı tərk etdi
650 ABŞ əsgəri Əfqanıstanı tərk etdi

Bir neçə yüz amerikalı əsgər bu həftə əfqanıstanı tərk edib. Bu, Əfqanıstanı tərk edəcək 10 min Amerika əsgərinin ilk kontingentidir.

ABŞ hərbi rəsmiləri şimali Pərvan vilayətindın 650 ordu əsgərinin çıxarıldığını təsdiq ediblər.

Hərbi rəsmilər əsgərlərinin başqaları ilə əvəzlənməyəcəyini deyirlər.

ABŞ prezidenti Barak Obama ötən ay elan etmişdi ki, 2012-ci ilin sentyabrınadək 33,000 Amerika əsgəri Əfqanıstanı tərk edəcək.

Yerdə qalan 100,000 əsgər 2014-cü ilin sonunda vətənə qayıdacaq.

XS
SM
MD
LG