Accessibility links

ABŞ-ın yeni Müdafiə naziri Leon Panetta Əfqanıstana səfər edib (YENİLƏNİB)


ABŞ-ın yeni Müdafiə naziri Leon Panetta Əfqanıstana səfər edib (YENİLƏNİB)
ABŞ-ın yeni Müdafiə naziri Leon Panetta Əfqanıstana səfər edib (YENİLƏNİB)

ABŞ-ın yeni Müdafiə naziri Leon Panetta Əfqanıstana əvvəlcədən elan edilməmiş səfəri zamanı deyib ki, o, əl-Qaidənin yaxın zamanda strateji məğlubiyyətə uğrayacağına inanır.

İyullun 1-i Pentaqonun rəhbəri olan Panetta müxbirlərə deyib ki, ABŞ-ın əl-Qaidə lideri Üsəma bin Ladenin qətli ilə nəticələnən reydi zamanı və Vaşinqtonun illlər uzunu əldə etdiyi kəşfiyyat məlumatları Pakistan, Yəmən, Somali və Şimali Afrikada olan 10-20 terrorçu liderin izinə düşməyə imkan vermişdir.

Müdafiə naziri əl-Qaidənin yeni lideri Ayman əl-Zəvəharini ayrıca qeyd edərək deyib ki, Birləşmiş Ştatlar onun Pakistanda Əfqanıstanla sərhəddə yarı muxtar bölgədə gizləndiyinə inanır.

Panetta həmçinin ABŞ-da anadan olan və hazırda Yəməndə olduğu güman edilən radikal müsəlman ruhani Ənvər əl-Əvlakini də qeyd edib. Əfqanıstanda olduğu müddətdə Panetta Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşəcək

XS
SM
MD
LG