Accessibility links

Avropa İttifaqı Azərbaycanla viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlara başlayır


Avropa İttifaqı Azərbaycanla viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlara başlayır
Avropa İttifaqı Azərbaycanla viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlara başlayır

Viza rejiminin yüngülləşdirilməsi Aİ və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini güdür.

Mart 1-də və 2-də Avropa İttifaqının (Aİ) missiyası Azərbaycanla Aİ arasında Viza Rejiminin Yüngülləşdirilməsi və Readmissiya Sazişləri ətrafında danışıqları rəsmən başlamaq üçün Azərbaycana səfər edəcək.

Aİ-nin Bakı nümayəndəliyinin məlumatına görə, missiyaya Aİ-nin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbər müavini Rob Rozenburq və Viza Siyasəti Bölməsinin rəhbər müavini Diederik Paalman həmsədrlik edəcək.

"Viza rejiminin yüngülləşdirilməsi Aİ və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini güdür. Bu, sadəcə insanlar üçün mobilliyin artması deməkdir. Aİ və Azərbaycanın vətəndaşları bunu səbirsizliklə gözləyir", - deyə Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili Jerom Pons bildirib.

Viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlar prosesi bir ölkədən digərinə edilən səfərləri asanlaşdırır. Digər məsələlərlə yanaşı, viza ərizələrinin dəstəklənməsi üçün təqdim olunan sənədlərin sadələşdirilməsi, etibarlılıq müddəti daha uzun olan çoxdəfəli vizaların verilməsi imkanı, xüsusi kateqoriyadan olan yolçular üçün müraciət haqlarının azaldılması, viza ərizələrinin işlənməsi üçün son müddətlər dəsti kimi məsələlər nəzərdən keçirilir. Eyni zamanda readmissiya sazişi ətrafında aparılacaq danışıqlar yekunda Aİ və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmlər təmin edir.

XS
SM
MD
LG