Accessibility links

Avropa Şurasının baş katibi Azərbaycanda jurnalıstlərə basqılardan danışdı


Avropa Şurasının baş katibi Turbyern Yaqland Azərbaycanda jurnalistlərə basqıları pisləyib və hakimiyyəti qanunvericiliyin AŞ üzvü olan bütün dövlətlərə irəli sürülən standartlara cavab verməsi üçün islahatlar aparılmasına köməklik və ekspert dəstəyi haqqında təklif qəbul etməyə çağırıb.
“Bu yaxınlarda dövlət neft şirkətinin əməkdaşlarının jurnalistlərə hücumu Azərbaycanda söz azadlığının təhlükədə olmasına daha bir dəlildir.
Hakimiyyət təkcə təqsirkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün deyil, həm də jurnalistlərin peşəkar ədalətlilikdən əl çəkmədən və fiziki cəhətdən təhlükə hiss etmədən işlərini yerinə yetirə bilmələri üçün əlindən gələni etməlidir. Bu şərtlərin yerinə yetirilməməsi ölkənin insan hüquqları və əsas azadlıqlarına hörmətlə bağlı nüfuzunu daha çox şübhə altına qoyacaq.
Növbəti “Eurovision” musiqi müsabiqəsinin Azərbaycanda keçirilməsinə baxmayaraq, musiqi pop-şousunun şöhrəti və cazibəsi Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərə riayət olunmamasını kompensasiya edə bilməz.
Mən Azərbaycan hakimiyyətini təklifimizi qəbul etməyə və qanunvericiliyin bütün üzv dövlətlərə irəli sürülən standartlara uyğunlaşdırmaq üçün dəyişdirilməsində və hüquq tətbiqi təcrübəsində Avropa Şurasının ekspert dəstəyindən istifadə etməyə çağırıram”, - deyə bəyanatda bildirilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG