Accessibility links

Peyk Cənubi Amerikada Fransanın Kuru kosmodromundan “Ariane-5” raket daşıyıcısı ilə orbitə çıxarılacaq

“Azərspace-1” ilk Milli Telekommunikasiya Peyki fevralın 8-də orbitə çıxarılacaq. Bu barədə Amerikanın Səsinə Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib.

“Azərspace-1” peyki Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raket daşıyıcısı ilə orbitə çıxarılacaq.

“Azerspace-1" C-band və Ku-band telekommunikasiya peyki ABŞ-ın “Orbital Sciences Corporation” şirkətinin STAR-2 platforması əsasında hazırlanıb. Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək, Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.

Show comments

XS
SM
MD
LG