Accessibility links

Azərbaycan prezidenti BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib


Azərbaycan prezidenti BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib
Azərbaycan prezidenti BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib

Azərbaycan dünyada və regionda təhlükəsizliyə zərbə vuran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır

Sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 65-ci sessiyasında çıxış edib.

Dövlət başçısı BMT-nin qlobal problemlərin həllində mühüm rolunu qeyd edib.

O,çıxışında əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəldib. “Azərbaycan dünyada və regionda təhlükəsizliyə zərbə vuran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan artıq uzun illərdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan hələ də işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək niyyətində deyil. Halbuki bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu tanıyır”, - deyə dövlət başçısı qeyd edib.

Cənab Əliyev ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

XS
SM
MD
LG