Accessibility links

Azərbaycanda gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi təsis edilib

Azərbaycanda gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi təsis edilib

Azərbaycanda gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi təsis edilib

İctimai Komitə ilkin olaraq siyasi sifarişlə həbs edilmiş gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Əhəd Məmmədli, Elnur Məcidli, Rüfət Hacıbəyli, Elnur İsrafilov, Ülvi Quliyev və Ruslan Bəşirlinin hüquqlarını müdafiə edəcək.

Azərbaycanda 11 gənclər təşkilatı son zamanlar həbs edilən gənclərin hüquqlarını birgə müdafiə edəcəyini bəyan edib. Gənclər təşkilatları bu məqsədlə gənc siyasi məhbusların hüquqlarını ictimai Müdafiə Komitəsi təsis edib.
İctimai Komitəyə Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının gənclər təşkilatları, Azad Gənclik, 10 Dekabr təşkilatları, Gənclər, İnsan Hüquqları Klubları, Nida hərəkatı, Bəxtiyar Hacıyevin hüquqlarını Müdafiə Komitəsi daxildir. “Təşkilat bütün qurumlar üçün açıqdır”, - İctimai Komitənin icraçı koordinatoru Rəsul Cəfərov qeyd edib.

R.Cəfərov bildirib ki, İctimai Komitə qanunda nəzərdə tutulan bütün fəaliyyətlərdə bulunacaq. “Biz ilkin olaraq gənclərə dəstək məktubu hazırlayacağıq və imza kampaniyasına başlayacağıq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasına müraciət ünvanlayacağıq. Eyni zamanda, AŞPA-nın bütün deputatlarının e-mail ünvanlarına, Avropa Şurasının mətbuat üzrə xüsusi nümayəndəsinə məktublar göndərəcəyik. İctimai televiziyadan gənclərin həbsi ilə bağlı çıxış üçün efir vaxtı tələb edəcəyik.”

İctimai Komitə həmçinin qanunsuz olaraq həbs edilmiş digər gənclərin də hüquqlarını müdafiə edəcək. “İctimai Komitə yalnız paytaxt Bakıda deyil, regionlarda da qanunsuz həbslərə münasibət bildirməlidir. Bu işə regionlardakı gənclər də cəlb edilməlidir”, - Bəxtiyar Hacıyevin hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Rail Abbasov bildirib.

XS
SM
MD
LG