Accessibility links

Barak Obama afro-amerikalı yeniyetmənin qətlini faciə adlandırdı

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Floridada silahsız yeniyetmənin qətlə yetirilməsini faciə adlandırıb. Bu arada özünü-müdafiəni əsas gətirən qatilin həbs olunmasına dair çağırışlar çoxalmaqdadır.

17 yaşlı afro-amerikalı Treyvon Martinin ölümü ilə bağlı Ağ Evdə çıxış edən prezident Obama məsələ üzərində federal təhqiqat aparıldığına görə sözlərində ehtiyatlı olduğunu bildirib.

“Əlbəttə ki, bu, faciədir. Mən valideynlərin nələr yaşadığını anlayıram. Mən bu oğlan haqda fikirləşəndə, öz övladlarım haqda düşünürəm. Biz federal, ştat və yerli səviyyələrdə səylərimiz birləşdirib baş verənləri müəyyən etməliyik.”

Treyvon fevralın 26-da Orlando yaxınlığında dükandan evə gedərkən məhəllə patrulu tərəfindən güllə ilə vurulub. Polis Treyvonu özünü-müdafiə məqsədi ilə öldürdüyünü deyən Zimmermanı həbs etməyib. Amma Zimmermanın qaynar xəttə zəngi göstərir ki, o, özü Treyvonu izləyirdi. Treyvon ailəsinin vəkili bildirir ki, hadisə baş verən zaman mərhum sevgilisi ilə telefonda təmasda idi.

XS
SM
MD
LG