Accessibility links

Barak Obama Asiya-Sakit okeanı regionuna 9 günlük səfərə çıxıb

  • Amerikanın səsi

Barak Obama Asiya-Sakit okeanı regionuna 9 günlük səfərə çıxıb

Barak Obama Asiya-Sakit okeanı regionuna 9 günlük səfərə çıxıb

ABŞ prezidenti Barak Obamanın bu gün Asiya-Sakit okeanı regionuna 9 günlük səfəri başlayıb. Səfərin məqsədi Vaşinqtonun iqtisadi qüdrətlərlə əməkdaşlığının genişləndirilməsidir. ABŞ dövlət başçısı səfərinin ilk dayanacağı olan Havayda APEC ölkələrinin sammitində iştirak edəcək. Prezidentin gündəliyində ABŞ, Avstraliya, Çili, Malayziya, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnamla azad ticarət razılığının müzakirəsi yer alır.

Barak Obama APEC sammiti çərçivəsində Rusiya prezidenti ilə görüş keçirəcək. Barak Obama və Dmitri Medvedev Honoluluda Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük, beynəlxalq təhlükəsizlk və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.

XS
SM
MD
LG