Accessibility links

Barak Obama dörd ştata ikigünlük səfərə başlayıb

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama dörd ştata ikigünlük səfərə başlayıb. Səfərin məqsədi Amerikanın xarici neftdən asılılığını azaltmaq üçün külək və günəş enerjisi kimi alternativ enerji mənbələrinə müraciət edilməsinə dair plana dəstək əldə etməkdir.

Ağ Evin bildirdiyinə görə, ABŞ dövlət başçısı Kanadadan Meksika körfəzinə çəkiləcək boru kəmərinin inşasının sürətləndirilməsinə dəstəyini nümayiş etdirəcək.

2700 km uzunluğu olan bu kəmərin çəkilişi ətraf mühitin müdafiəçiləri tərəfindən kəskin tənqid edilir.

Bu gün Ağ Ev yanacaqdan qənaətlə istifadə edilməsinə dair yeni standartlar açıqlayıb. Burada deyilir ki, amerikalılar 1.7 trillion dollara qənaət edəcək. Bu isə hər bir maşının payına 8200 dollar düşəcəyi deməkdir. Plana görə neft istismarı 12 milyard barrel və 2025-ci ilədək gündəlik yanacaq istismarı isə 2.2 milyon dollar azalacaq.

XS
SM
MD
LG