Accessibility links

Barak Obama Seulda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək


ABŞ prezidenti Barak Obama gələn həftə Seulda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Səfəri zamanı o, Cənubi və Şimali Koreyalar arasındakı hərbsizləşdirilmiş zonaya baş çəkəcək. İki Koreya arasındakı zona dünyanın ən təhlükəli bölgəsi hesab edilir.

Ağ Evin bildirdiyinə görə, prezident bölgədəki ABŞ qüvvələri ilə bazar günü görüşəcək. Görüş Koreyada xidmətdə olan 28 min ABŞ əsgərinə dəstək mahiyyəti daşıyacaq. Barak Obama Pxenyanı nüvəsizləşmə və beynəlxalq ictimaiyyətlə daha yaxşı əlaqələr qurmağa çağıracaq.

Üçgünlük sammitdə 50-dən artıq ölkənin dövlət başçısı iştirak etməlidir. ABŞ prezidenti sammit çərçivəsində Rusiya, Çin və Qazaxıstan prezidentləri ilə görüşəcək.

Şimali Koreya Seul sammiti zamanı onun nüvə proqramı məsələsinin qaldırılmaması barədə xəbərdarlıq verərək bildirib ki, bu, müharibə elanı kimi qəbul ediləcək. Sammit Koreya yarımadasında gərginliklərin artdığı vaxt keçirilir. Zirvə görüşündə terrorçuların nüvə materialları ələ keçirməsinin çətinləşdirilməsi yolları müzakirə ediləcək.

XS
SM
MD
LG