Accessibility links

Barak Obama ikinci gündür avtobus turnesini davam etdirir

  • Amerikanın səsi

Barak Obama ikinci gündür avtobus turnesini davam etdirir

Barak Obama ikinci gündür avtobus turnesini davam etdirir

ABŞ prezidenti Barak Obama ikinci gündür avtobus turnesini davam etdirir. O, 447 milyard dollarlıq yeni iş yerləri planına dəstək əldə etməyə çalışır. Şimali Karolina ştatında sakinlərlə görüşdükdən sonra o, Virciniyaya yola düşəcək. 2008-ci ildə hər iki ştatda dəstək əldə edən ABŞ dövlət başçısına bu ştatlar gələn il prezident seçkiləri üçün böyük əhəmiyyət kəsb edir. Dünən Obama respublikaçı qanunvericiləri kəskin tənqid etmişdi. Şimali Karolinanın Eşvill şəhərində ikən o, respublikaçıların məsələni bütövlüklə dərk etmədiyini və bunun parçalanaraq, hissə-hissə onlara çatdırılacağını bildirmişdi. Barak Obama demişdi ki, planı rədd etməklə respublikaçılar amerikalılılara "yox" deyir.

XS
SM
MD
LG