Accessibility links

Obama İrana düşünülməmiş hərəkətinə görə cavab verəcəyinə dair xəbərdarlıq edib

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama və Cənubi Koreya prezidenti Li Myunq Bak, Vaşinqton, Ağ Ev, 13 oktyabr 2011

ABŞ prezidenti Barak Obama və Cənubi Koreya prezidenti Li Myunq Bak, Vaşinqton, Ağ Ev, 13 oktyabr 2011

ABŞ prezidenti Barak Obama deyib ki, Vaşinqton İranın Birləşmiş Ştatlarda səudiyyə səfirinə qarşı sui-qəsd cəhdinə görə cavab verəcəyini təmin edəcək.

Cənab Obama bu gün Vaşinqtonda Cənubi Koreya prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransı zamanı verib. ABŞ prezidenti bəyan edib ki, İran hökuməti daxilində ayrı-ayrı şəxslərin sui-qəsdindən xəbərdar olduğu aydındır. O, cəhdi İran hökumətinin təhlükəli və düşünülməmiş davranışının nümununəsi kimi qiymətləndirib.

Prezident Obama Tehrana qəbul olunmuş beynəlxalq normalar çərçivəsindən çox kənara çıxdığı ilə bağlı xəbərdarlıq edib.

Cənab Obama habelə deyib ki, Onun sözlərinə görə, ilk addım cəlb olunmuş şəxslərin cəzalandırılmasıdır.

Prezident Obama həmçinin bildirib ki, ABŞ Tehranın daha da təcrid edilməsi üçün mümkün ən ciddi sanksiyaları tətbiq edəcək.

XS
SM
MD
LG