Accessibility links

Güclü rəqiblə üzləşən prezident Barak Obama səsvermədə əsas döyüş məkanları sayılan altı ştatda ikigünlük blitz-kampaniyaya çıxacaq.

Rəy sorğuları göstərir ki, prezident Obamanın ikinci debatdakı çıxışı onun göstəricilərinə əhəmiyyətli dərəcədə təsir etməyib. 6 noyabrda keçiriləcək seçkilərə cəmi iki həftə qalmış sabiq Massaçusets qubernatoru Mitt Romni prezidentlə bərabər səviyyədə dəstəyə malikdir.

Rəy sorğuları göstərir ki, amerikalıların çoxu Barak Obamaya iqtisadiyyatı dirçəltmək üçün ikinci şans verməklə çox sayda iş yerləri yaradacağını deyən təcrübəli iş adamı arasında dilemma ilə üzləşirlər.

Prezident Obama çərşənbə günü Ayovada kampaniya aparacaq. Sonra o, Kolorado, Nevada, Florida və Virciniya ştatlarına yollanacaq. Doğma şəhəri Çikaqoda erkən səs verdikdən sonra cənab Obama Ohayoda kampaniya turunu başa vuracaq.

Respublikaçı namizəd Mitt Romni Floridada dənizkənarı kurortda üçüncü və final debata hazırlaşır. Əsasən xarici siyasətə yönələcək debata məşqdə Romni üçün rəqibi Obamanın rolunu Ohayo senatoru Rob Portman ifa edir.
XS
SM
MD
LG