Accessibility links

Milyonlarla amerikalı noyabrda prezidentə səs verəcəklər. Amma onların səsi birbaşa hansısa namizədi Ağ Evə göndərmir. Əslində ABŞ-da prezident Seçki Kollegiyası adlanan qrup vasitəsilə müəyyənləşir.

Noyabrın 6-da amerikalılar növbəti prezidenti seçəcəklər. Amma əsl prezident seçkiləri 17 dekabrda olacaq və orada yalnız 538 adam iştirak edəcək. Bu qrupa elektoral kollegiya deyilir.

1787-ci ildə ABŞ Konstitutsiyası tərtib olunanda heç bir Avropa millətində vətəndaşlar dövlət başçısını birbaşa seçmirdilər. Ona görə də konstitusiyanın müəllifləri iki-mərhələli sistem təsis etdilər ki, buna əsasən xalq səs verir və onların səslərini Elektoral Kollec adlanan kiçik qrup qeydiyyadan keçirir. Ümummilli səsvermədən sonra hər ştatın nümayəndələri toplaşaraq prezident seçirlər.

Amerika Universitetinin professoru Kurtis Qans:
“Həmin elektorlar hər ştatdan olan Konqres nümayəndəliyinin ekvivalentidir. Ştatda hansı namizəd qalib gəlirsə bütün elektorları da o götürür.”

Elektorları verilmiş səslərə proporsional şəkildə müəyyən edən Nebraska və Meyn ştatları istisna təşkil edir. Həmçinin Kolumbiya Mahalı kimi qeyri-ştat əraziləri təmsil edən üç əlavə elektor da var ki, bunların cəmi 538 edir.

Sadə 270 elektoral səs çoxluğu prezidenti müəyyən edir. Amma əgər heç bir namizəd həmin səsi toplaya bilməsə, onda Kontitutsiya prezidenti seçməyi Nümayəndələr Palatasına həvalə edir, hərçənd ki, bu, son 200 ildə baş verməyib.

Əksər hallarda ümumi səsverməni qazanan namizəd habelə elektoral səsverməni qazanır. 2000-ci ildə isə situasiya fərqli oldu.

Demokrat Al Gore Corc Buşdan yarım milyon əlavə səs və 266 elektoral səs toplamışdı. Amma onun rəqibi Florida ştatında cüzi üstünlüyə malik idi.

Gore ştatda səslərin yenidən sayılmasını tələb etdi. Buş isə məsələni Ali Məhkəməyə çıxardı. Məhkəmə Respublikaçı namizədin tərəfini saxlayaraq ona 25 elektoral səs və bununla da Ağ Evi verdi.

Hər iki partiya o dərəcədə Elektoral Kollegiya sistemi ilə oynamağa vərdiş ediblər ki, Corc Meyson Universitetinin professoru Dennis Conson yaxın vaxtlarda dəyişiklik olacağını gözləmir.

“Partiyalar xəritəyə baxırlar, strategiyanı düşünürlər və deyirlər: ‘Gəl, hər şeyi olduğu kimi saxlayaq, udan hər şeyi aparsın.’”

Conson deyir ki, Demokratlar Partiyasının şəhərlərdə dominantlığı o deməkdir ki, kənd yerlərində daha güclü olan Respublikaçılar birbaşa səsvermə sisteminə keçidi dəstəkləməyəcəklər.
XS
SM
MD
LG