BMT-nin baş katibi Pan Gi Mun Suriyada zorakılıqların dayandırılması çağırışını bir daha təkrar edib. Təhlükəsizlik Şurası BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annanın missiyasının dəstəklənməsi məqsədi ilə qətnamə layihəsini təsdiq edib. Sənəddə zorakılıqların dayandırılması, humanitar yardımların çatdırılması və siyasi keçidin təminat altına alınması nəzərdə tutulur. Bir neçə dəfə Suriya ilə bağlı qətnamələrə veto qoyan Çin və Rusiya bildirib ki, Annanın planını qəbul etmədiyi təqdirdə, Suriyaya qarşı növbəti addımlar nəzərdən keçiriləcək.

Cakarta konfransında danışarkən Pan Gi Mun deyib ki, hadisələrin necə cərəyan edəcəyini bilmirik, lakin bildiyimiz bir şey var ki, o da vəziyyətin hədsiz dərəcədə təhlükəli olduğudir. “Bizim hamımız problemin həllinin məsuliyyətini daşıyırıq”.

Suriya fəalları isə hökumət qüvvələrinin Homs, Həma və digər bölgələrə qarşı hücumlarını davam etdirdiklərini bildirir.

BMT-nin təxminlərinə görə, Əsəd rejiminə qarşı etirazların baş qaldırmasından bəri 8 min adam öldürülüb, minlərlə insan qaçqın düşüb.