Accessibility links

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

  • Amerikanın səsi

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

Suriyanın Homs şəhərində 200-dən çox adamın ölməsi haqda məlumatlar daxil olduqca BMT Təhlükəsizlik Şurası həmin ölkədəki zorakılıqları müzakirə etməyə hazırlaşır.

İnsan haqları fəalları Suriya təhlükəsizlik qüvvələrinin Homsun Xalidiyyə məhəlləsini artilleriya atəşinə tutduğunu xəbər verir. Suriya İnsan Haqları Müşahidəçiləri qrupu yüzlərlə adamın yaralandığını və bir neçə binanın dağıldığını xəbər verir.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlərinin irəli sürdüyü qətnamə layihəsinin səsə qoyulacağı halda skandal baş verəcəyinə dair xəbərdarlıq edib.

Lavrov bu gün Almaniyanın Münhen şəhərində ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Rəsmilər Suriyada vəziyyətin diqqət tələb etdiyinə razılaşsalar da hansısa proqresin əldə olunduğuna işarə yoxdur.

Lavrov və Rusiya xarici kəşfiyyat idarəsinin rəisi Mixail Fradkov gələn çərşənbə axşamı Dəməşqə səfər edərək Suriya prezidenti Bəşar əl-Əsədlə görüşəcəklər.

Bu arada qətlə yetirilmiş nümayişçinin dəfn mərasiminə atəş açan Suriya hökumət qüvvələri Dəməşqin Dəraya qəsəbəsində yeddi adamı öldürüblər.

Fransa xarici işlər naziri Allen Jüppe Suriyada baş verənləri “bəşəriyyətə qarşı cinayət” adlandırıb.

XS
SM
MD
LG