Accessibility links

Rusiya və Çin Suriya qətnaməsinə veto qoydular

  • Amerikanın səsi

Rusiya və Çin Suriya qətnaməsinə veto qoydular

Rusiya və Çin Suriya qətnaməsinə veto qoydular

Rusiya və Çin yenidən BMT Təhlükəsizlik Şurasında prezident Bəşar əl-Əsədin anti-hökumət nümayişçilərə divan tutmasını pisləyən qətnaməyə veto qoyublar.

Qərb və ərəb dövlətləri zorakılıqları pisləyən və Əsədin istefasına çağıran qətnaməyə sponsorluq ediblər. 13 ölkə, o cümlədən ABŞ, Fransa və Almaniya qətnamənin lehinə səs veriblər.

Rusiya və Çinin bu addımları prezident Barak Obamanın şuranı Əsədin “qəddarlığına” qarşı mövqe tutmağa çağırmasından bir neçə saat sonraya təsadüf edir.

Səsvermənin ardınca ABŞ-ın BMT-dəki səfiri Susan Rice ölkəsinin Rusiya və Çindən məyuslandığını bildirmiş, amma Amerikanın Suriya xalqına arxa çevirməyəcəyini əlavə etmişdir.

XS
SM
MD
LG