Accessibility links

Boko Haram Nigeriyada hərbi bazanı ələ keçirib


Boko Haram ekstremist qrupunun yaraqlıları Nigeriyanın Baqa şəhərində hərbi bazanı ələ keçirib.

Yerli sakinlər yaraqllıarın Çad gölü yaxınlığında əsgərlərlə bir neçə saat sürən döyüşdən sonra hərbi bazanı ələ keçirdiyini bildirib.

Əsgərlər və mülki əhalinin bir neçə hücumdan sonra şənbə günü ərazini tərk etdiyi deyilir.

Hərbi baza Nigeriya, Çad və Nigerin əsgərlərindən ibarət Beynəlxalq Birgə Əməliyyatlar Qrupu tərəfindən istifadə edilirdi.

Bazanın yaraqlıların əlinə keçməsinin bəzi detalları məlumdur.

Boko Haram yaraqlı qrupu Nigeriyada beş ildir hərbi əməliyyatları nəticəsində minlərlə insanın ölümündə günahlandırılır.

XS
SM
MD
LG