Accessibility links

Mərkəzi və Şərqi Avropa liderlərinin sammiti təxirə salınıb


Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya həbsdə pis rəftara etiraz olaraq Ukraynada keçiriləcək Mərkəzi və Şərqi Avropa liderləri sammitində bəzi liderlərin iştirakı rədd etməsindən sonra zirvə görüşü təxirə salınıb.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, bəzi Avropa ölkələrinin iştirak edə bilməməsi səbəbilə sammit qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Zirvə görüşü cümə və şənbə günləri keçirilməli idi.

Almaniya prezidenti Joachim Gauck və Çex Respublikasının dövlət başçısı Vaslav Klaus daxil olmaqla, Avropa Birliyinə üzv 10 ölkənin lideri toplantıya qatılmayacağını bildirib.

Xanım Timoşenko məsələsində Almaniya sərt mövqe nümayiş etdirib. Sabiq baş nazir iki həftə əvvəl nəzarətçilər tərəfindən döyüldüyünü bildirəndən sonra aclıq aksiyasına başlamışdı.

XS
SM
MD
LG