Accessibility links

ABŞ-da müsəlmanlar hədələnir


Vətəndaş huquqları qrupu Kaliforniyanın bir neçə məscidinin polis tərəfindən müdafisinə çağırıb.

Amerika-İslam Əlaqələri Şurasının (CAİR) çağırışı məscidlərin müsəlmanların genosidi ilə bağlı təhdid məktublarından sonra edilir.

Mən Trampı bütün amerikalıların prezidenti olmağa çağırıram

Şura eyni əl yazısı olan məktubların surətinin Lonq Biç, Kalaremont və San Hosedə yerləşən İslam Mərkəzlərinə ünvanlandığını bildirir.

Məktub "Şeynav övladlarına" "Amerikalıya daha yaxşı yol" imzası ilə çatdırılıb.

Məktubda yazılıb: "Şəhərə yeni polis rəisi təyin edilib- prezident Donald Tramp. O, Amerikanı təmizləyib, yenidən parlaq hala gətirəcək. Buna o, müsəlmanlardan başlayacaq. O, sizə Hitlerin yəhudilərə etdiyini edəcək."

CAIR-LA-in direktoru Hüssam Ayluş Trampın seçkiqabağı kampaniyaları zamanl səsləndirdiyi şərhlərinin nifrət zəminində məktublar yazılmaqla qəzəb və nifrət səviyyəsini artırdığını deyib.

"Mən demirəm ki, Tramp irqçiləri yaradıb. O bunu normallaşdırıb. Mən Trampı bütün amerikalıların prezidenti olmağa çağırıram"-deyə Ayluş bildirib.

San Hose polis idarəsi təhdidlərlə bağlı istinataq aparıldığını bildirir.

XS
SM
MD
LG