Accessibility links

Cəmil Həsənli: İlqar Məmmədov təcili azadlığa buraxılmalıdır [Video-Müsahibə]


Milli Şuranın prezidentliyə namizədi Amerikanın Səsinə müsahibəsində iqtidarın seçki siyasətini kəskin tənqid edib

Demokratik Qüvvələrin prezidentliyə vahid namizədi Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində imzatoplama kampaniyasını başa çatdırdığını bildirib. Onun namizədliyinin qeydə alınması üçün 45 min seçici imzası toplanıb və sentyabrın 7-də imza vərəqlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Cəmil Həsənli prezidentliyə namizədlərdən birinin, REAL Hərəkatının liderinin hüquqlarının pozulduğunu bildirib.

Sual: İmzatoplama kampaniyanız başa çatıb?

Milli Şuradakı seçki qərargahımız çox qısa zamanda, böyük sürətlə və mütəşəkkilliklə 45 min imza toplayıb.
Cavab: İmzatoplama kampaniyam dünən başa çatıb. Bizim Milli Şuradakı seçki qərargahımız çox qısa zamanda, böyük sürətlə və mütəşəkkilliklə 45 min imza toplayıb. İmzalar bütün respublikanı əhatə edir.

Bu həm də Milli Şurada təmsil olunan partiyaların, hərəkatların böyük göstəricisidir, onların təşkilatçılıq işinin açıq-aydın bir təzahürüdür. İndi toplanmış imzalar yoxlanılır. Ola bilir ki, 45 min imzanın içərisində müəyyən texniki qüsurlu imzalar olsun, onlar müəyyənləşdirilir. Bəzi vərəqlərdən bir-iki qüsurlu imzalar olur. Onu da seçki qərargahı nəzərə alır və qeyd edir.

Sual: Yəqin ki, imza vərəqlərinizi sentyabrın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edəcəksiniz?

Cavab: Bəli, belə planlaşdırırıq. Sabah toplanmış imzaların və digər sənədlərin MSK-ya təqdim olunması nəzərdə tutulur.

Sual: İmzatoplama kampaniyası necə keçdi? Ədalətli idi?

Bütövlükdə imzatoplama kampaniyası normal şəkildə başa çatdı.
Cavab: Bizim özümüzə münasibətdə deməzdim ki, çox ciddi müdaxilələr oldu. Əlbəttə, bir sıra yerlərdə təzyiqlər oldu. Bəzi adamları öz imzalarından imtina etməyə məcbur etdilər, bəzi imza toplayanlar polisə dəvət edildi, təzyiqlər oldu, hakimiyyətə yaxın olan şəxslər tərəfindən hədələndilər. Amma, bu kütləvi xarakter almadı, tək-tək yerlərdə belə hadisələr müşahidə edildi. Bütövlükdə imzatoplama kampaniyası normal şəkildə başa çatdı.

Bu bizim özümüzə aiddir. Bütövlükdə seçkidə iştirak edən namizədlərə münasibətdə hesab edirəm ki, əlbəttə ayrı-ayrı namizədlərə münasibətdə ədalətsizliklərə yol verilir.

Sual: O cümlədən, İlqar Məmmədov həbsdədir. Bu ədalətlidirmi, seçki kampaniyası dövründə o həbsdə olsun?

Cavab: Bu seçkidə iştirak edən şəxslərə münasibətdə qeyri-bərabərliyi ortaya qoyan faktdır. Namizədlərdən birinin həbsdə olması şübhəsiz ki, onun imzatoplama kampaniyasına mənfi təsir göstərir. Namizəd MSK-da qeydə alınıb imzatoplama kampaniyasına buraxılıbsa, onun həbsdə saxlanması heç cür ədalətli deyil.

Bu gün 21 namizəd var. Onların bəziləri imzatoplama kampaniyasını başa çatdırıb, digərləri hələ davam etdirir. Namizədlərdən biri isə hələ də məhbus həyatı keçirir. Bu ədalətli deyil, bu doğru deyil, bu düzgün deyil.

Birinci, İlqar Məmmədov hüquqi cəhətdən bir günah sahibi deyil. Sadəcə olaraq düşüncəsinə, yanaşmasına, siyasi görüşlərinə görə həbsə alınıb. İlqar Məmmədovu həbsdə saxlamağın heç bir hüququ əsası yoxdur.

İkinci tərəfdən isə bu şəxs artıq prezidentliyə namizəddir. Necə ola bilər ki, 20 namizəd azad şəkildə öz imzatoplama kampaniyasında iştirak edir, namizədlərdən biri isə bunu həbs yerindən müşahidə edir. Bu İlqar Məmmədovun hüquqlarının kobud şəkildə pozulmasıdır, onun seçki kampaniyası üçün törədilən ciddi məhdudiyyətlərdir və ədalətsiz yanaşmadır. İlqar Məmmədov təcili olaraq həbsdən buraxılmalıdır. O
İlqar Məmmədov azad şəkildə öz seçki kampaniyasına rəhbərlik etməlidir.

Sual: Seçki dövründə müşahidə etdiyiniz qanun pozuntuları varmı? Hökumətə hansı çağırışlarınız var?

Cavab: Seçki kampaniyası başdan-ayağa qanun pozuntularından ibarətdir. Prezident seçkiləri kimi ciddi bir kampaniyanın vaxtının iki aya və təbliğat müddətinin 21 günə endirilməsi seçiciyə sayğısızlığın nəticəsidir.

İkinci böyük qanun pozuntusu, - namizədlərdən biri dövlətin resurslarından öz seçki təbliğatı üçün istifadə edir. Yeni Azərbaycan Partiyasının namizədinin rayonlarda keçirdiyi görüşlər, açdığı obyektlərdən verilən reportajlar mətbuat səhifələrində təbliğat kampaniyası başlamadan onun xeyrinə səs verilməsi ilə bağlı edilən çağırışlar, - bunlar hamısı “Seçki Məcəlləsi”nin pozulması deməkdir. Bir var ki, prezidentin fəaliyyəti ilə bağlı televiziyada 30 saniyəlik informasiya verilir, bir də var ki, onun hansısa rayona səfəri barədə 30-35 dəqiqə reportaj verilir. Reportaj, artıq bu təbliğatdır. Bunu etmək olmaz, bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan xalqı layiqli həyat haqqına layiq bir xalqdır.
Biz əmək haqlarının artırılmasının əleyhinə deyilik. Hesab edirik ki, Azərbaycan vətəndaşının əmək haqqı, pensiyası 10 faiz deyil, daha yüksək faiz göstəriciləri ilə artırılmalıdır. Çünki, ölkəmizin maliyyə-iqtisadi ehtiyatları vətəndaşlarımızın daha layiqli həyat haqqını təmin etmək üçün yetərlidir.

Amma, seçkiyə start verildikdən sonra namizədlərdən birinin bütün işləyən insanların, - müəllimlərin, həkimlərin, dövlət məmurlarının, o cümlədən pensiyaçıların əmək haqqının artırılması barədə sərəncam verməsi, bu artıq seçiciyə ünvanlanmış bir sərəncamdır. Hətta burada seçicini pulla ələ almaq cəhdlərinin əlamətləri var. Çünki, bütün hallarda bu 10 faiz artım seçiciyə çatacaq pulun üzərinə artacaq vəsaitdir.

Azərbaycan xalqı layiqli həyat haqqına layiq bir xalqdır. Tövsiyə edərdim ki, hakimiyyətdə olan dairələrin belə fikri olanda onu ya seçkidən xeyli əvvəl, ya da seçki başa çatdıqdan sonra etsinlər. Seçki ilində bunu etmək olmaz. Axı, vətəndaş həmin vətəndaşdır, bunu ötən il artırmaq lazım idi. Avqustun 2-də seçkiyə start verildikdən sonra bunu etmək olmazdı.

Show comments

XS
SM
MD
LG