Accessibility links

Minsk qrupunun həmsədrləri regiona gəlir


ATƏT-in Minsk qrupunun həmsədrləri
ATƏT-in Minsk qrupunun həmsədrləri

ATӘT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ) Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) oktyabrın 14-dən 18-dək regionda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə hazırlıq məsələsini müzakirə edəcək.

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik", mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, iki ölkə prezidentinin oktyabrın sonunda Parisdə görüşü gözlənilir.

XS
SM
MD
LG