Accessibility links

Prokuror müxalifət fəalına 4 il həbs istəyib


AXCP fəalı Dəyanət Babayev

AXCP fəalı Dəyanət Babayev

Dəyanət Babayev xuliqanlıqda ittiham olunur. O, ittihamə qəbul etmir.

Bu gün Nəsimi rayon məhkəməsində AXCP gənclər təşkilatının üzvü Dəyanət Babayevin işi üzrə dövlət ittihamçısı Fuad Əsgərov çıxış edib. O, məhkəmədən Babayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Amerikanın Səsinə zaminə buraxılmış Dəyanət Babayev özü bildirib.

Babayevin sözlərinə görə, məhkəmə iclasında zərərçəkmiş Tofiq Səlimov da iştirak edib, o, iradlardan imtina edib və ərizəsini geri götürüb, lakin dövlət ittihamçısı bu faktı nəzərə almayıb.

Müttəhimin vəkili Əsabəli Mustafayev məhkəmədən müvəkkili barəsində bəraət hökmü çıxarmasını istəyib.

Xatırladaq ki, Dəyanət Babayev 221.2-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

İstintaq iddia edir ki, 2012-ci il noyabrın 7-də Babayev digər AXCP fəalı Rəhim Musayevlə birlikdə Bakının mərkəzində ictimai asayişi pozub. Guya sərxoş vəziyyətdə olan gənclər vətəndaş Tofiq Səlimovu təhqir ediblər və ona yüngül bədən xəsarətləri yetiriblər.
Əslində isə mülki geyimli Səlimov özünü polis əməkdaşı kimi təqdim edərək, fəallara polis bölməsinə getməyi təklif edib. Gənc fəallar ondan vəsiqəsini göstərməsini tələb etdikdə o, qaçmağa başlayıb. Gənclər bu barədə yaxınlıqda olan polis əməkdaşına bildiriblər, lakin özləri saxlanılıblar. Rəhim Musayev barəsində iş isə başqa icraata ayrılıb.
XS
SM
MD
LG