Accessibility links

Prezident 2014-ci il dövlət büdcəsinin tətbiqi haqqında fərman imzalayıb


Ilham Aliyev angry
Ilham Aliyev angry

Büdcənin hər 20-ci manatı 2015-ci il Avropa Yay Olimpiya oyunlarına yönəldilib

Prezident İlham Əliyev dekabrın 19-da 2014-cü ilin dövlət büdcəsinin tətbiqi haqqında fərman imzalayıb.

Hər 20-ci manat 2015-ci il Avropa Yay Olimpiya oyunlarına yönəldiləcək.
2014-cü ilin dövlət büdcəsinin gəlirləri 18 384 mln manat, xərcləri 20 063 mln manat təsdiqlənib.

"2014-cü ilin dövlət büdcəsi haqqında" qanuna əsasən dövlət büdcəsinin kəsirləri 1 679 mln manat, icmal büdcəsi (ARDNF-dən transfertlər nəzərə alınmadan) - 14 084,9 mln manat olacaq.

Büdcənin gəlirlər hissəsinin təmin edilməsi üçün Vergilər Nazirliyi 7,1 mlrd manat (2013-cü ildə 6,4 mlrd manat) təmin etməlidir. O cümlədən: PSA sazişlərlə işləyən neft-qaz şirkətlərinin mənfəət vergisi 997 mln manat, ARDNŞ 1 825 mln manat (gəlir vergisi nəzərə alınmadan), neft-qaz sektoru üzrə vergi və vergi olmayan ödənişlər4,3 mlrd manat. Gömrük Komitəsinin planı 1 380 mln-dan 1 510 mln manata artırılıb.

Ümumi dövlət xidmətləri üzrə xərclər 1 997,5 mln manat, müdafiə xərcləri 1 637,3 mln manat, məhkəmə, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri 1 240,3 mln manat olacaq,

Gələn il təhsilə 1 653,4 mln manat, səhiyyəyə 725,5 mln manat, sosial müdafiə və sosial təminata 2072,2 mln manat, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsinə 311,4 mln manat ayrılacaq.

2014-cü ildə dövlət büdcəsindən investisiyalar 6 262,7 mln manat olacaq. Bunun 1 mlrd manatı 2015-ci il Avropa Yay Olimpiya oyunlarına yönəldiləcək.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, 2 ay ərzində yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün öhdəliklərin götürülməsi mexanizminin təkmilləşdirilməsi müxanizmləri üzrə təkliflər hazırlasın. 2014-cü ildə bu məqsədlə 60 mln manat xərclənəcək.
XS
SM
MD
LG