Accessibility links

Mijatovic:'Tənqidə heç vaxt həbslə cavab verilməməlidir'


ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç

"Azərbaycanda tənqidi və müstəqil səslərin boğulması davam edir. Tənqidə heç vaxt həbslə cavab verilməməlidir".

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bunu bloger Mehman Hüseynovun həbsi ilə bağlı öz Twitter hesabında bildirib.

“Mehman Hüseynovun barəsində hökm hakimiyyətin söz azadlığına hörmət etmək istəmədiyini və tənqidi səslərə qarşı repressiyaları davam etdirəcəyini göstərir. Bu hökm və Mehman Hüseynovun həbsi Azərbaycanda İlham Əliyev rejiminin tənqidçilərinin hədəf olduğunun daha bir nümunəsidir”.

Mehman Hüseynov

Mehman Hüseynov

Mehman Hüseynovun həbsi beynəlxalq ictimiayyət tərəfindən tənqidlərlə qarşılanıb.

24 beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini ölkədə söz və ifadə azadlığının pozulması üzrə atılmış son addımlara görə kəskin tənqid edib.

Onların 3 mart tarixli birgə bəyanatında deyilir ki, Mehman Hüseynovun barəsində hökm hakimiyyətin söz azadlığına hörmət etmək istəmədiyini və tənqidi səslərə qarşı repressiyaları davam etdirəcəyini göstərir.

Sənədi Article 19, Jurnalistləri Müdafiə Komitəsi(CPJ), “Sərhədsiz Reportyorlar”, İnsan Hüquqları Evi Fondu, Beynəlxalq Pen Klub, İşgəncələr Əleyhinə Təşkilat və iyirmiyə yaxın digər təşkilat imzalayıb.

XS
SM
MD
LG