Accessibility links

“Azərbaycanın işğal olunmuş ərazilərinə suriyalı ermənilərin köçürülməsi qanunsuz addımdır”


Elmar Məmmədyarovun

Elmar Məmmədyarovun

Xarici işlər naziri Elmar Məmmədyarov həmçinin Qəbələ RLS-in bağlanması və İranın Xəzərdəki “Sərdar Canqal” neft yatağı ilə bağlı bəyanatlarını şərh edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Norveç xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi ilə bağlı suala cavab verib.

Nazir bildirib ki, bu məsələ ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

“Azərbaycan bildirib ki, bu, qanunsuz addımdır. Köçürülənlərin sayı çox olmaya bilər, amma biz istənilən halda məsələni diqqətdə saxlayırıq”.

O həmçinin Qəbələ RLS-in bağlanması ilə bağlı nazir müavini Xələf Xələfovun sədrliyi ilə yaradılan komissiyanın işə başladığını deyib.

Nazir İranın neft naziri Rostam Qaseminin bu günlərdə səsləndirdiyi “Xəzərdəki “Sərdar Canqal” yatağı İrana məxsusdur” bəyanatına da münasibət bildirib.

Cənab Məmmədyarov deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Xəzərin neft yataqları çəkilmiş bütün xəritələri yoxlayıb.

“Biz, bu adda yatağa rast gəlmədik. Xəzərdə “Sərdar” adlı yataq var, Azərbaycan və Türkmənistan Xəzərdə sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu yataqla bağlı danışıqları davam etdirir. Lakin İran kütləvi informasiya vasitələrində adı çəkilən yataq bizə məlum deyil”-deyə o qeyd edib.
XS
SM
MD
LG