Accessibility links

Dövlət Təhlükəsizlik Xidməti silahlı müqavimət göstərən iki nəfəri məhv etdiyni bildirir


Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti silahlı müqavimət göstərən iki nəfəri məhv etdiyini bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması cinayət əməllərində şübhəli olan Azər Hüseynov və Əli İslamovun saxlanılması üçün martın 10-da xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib və qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.

Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.

Hzırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG