Accessibility links

Azərbaycan ordusunun bir əsgəri özünü öldürüb, bir əsgər isə minaya düşüb


Əsgər Ölümlərinə son aksiyası

Əsgər Ölümlərinə son aksiyası

2013-cü ildə ordu artıq 15 hərbiçisini itirib

Martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri Orxan Mirzəzadə təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb və nəticədə aldığı güllə yarasından dünyasını dəyişib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq araşdırması aparılır. Mətbuat xidmətinin digər məlumatına görə, martın 3-də N saylı hərbi hissənin əsgəri İbrahim Heydərov piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

“Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 97 nəfər itki olub, 91 nəfər yaralanıb. 2013-cü ildə isə müdafiə sektorunda itkilər 15 nəfərdir.

Əsgər ölümləri son zamanlar ictimai etirazlarla qarşılanır. Yanvarın 12-də minlərlə adam əsgər ölümünə etiraz olaraq aksiya keçirib. İctimai fəallar son əsgər ölümlərinə etiraz olaraq martın 10-da da etiraz aksiyası keçirəcəyini elan edib. Təşkilatçılar sosial şəbəkələrdə 30 min adama dəvət göndəriblər.
XS
SM
MD
LG