Accessibility links

Daha bir əsgər ölümü


Əsgər valideynləri
Əsgər valideynləri
Azərbaycanın Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində əsgər öz əsgər yoldaşını bıçaqlayıb.

APA-nın məlumatına görə, hərbi hissənin əsgəri Nural Bünyadlı ehtiyatsızlıqdan əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayıb. Daxilə nüfuz edən bıçaq xəsarəti alan T. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG