Accessibility links

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi hissənin əsgəri Bəzirli Elvin ehtiyatsızlıqdan avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Əsgər hospitala aparılarkan yolda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə faktı təsdiqləyərək, faktla bağlı cinayət işi başlanıb,araşdırma aparılır.

Eyni zamanda Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində hərbi
qulluqçu Samir Ələkbərov intihar edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu faktı da təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) 2014-cü ilin I rübündə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə hesabat yayıb.

Sənədə görə bu müddət ərzində 17 nəfər dünyasını dəyişib, 25 nəfər yaralanıb və ya xəsarət alıb. Bu itkilərdən yalnız 5-i döyüş, 12-si isə qeyri-döyüş itkiləridir.
XS
SM
MD
LG