Accessibility links

Ferqusonda polis zabitlərinə atəş açmaqda şübhəli bilinən şəxs həbs edilib


Ferquson şəhəri ətrfaında Sent Luis qəsəbəsində keçən həftə polis idarəsinin qarşısında iki zabiti güllə ilə vurmaqda şübhəli bilinən şəxs həbs edilib.

Atışma keçən həfət cümə axşamı günü şəhər polis idarəsinin rəisinin ABŞ-ın Ədliyyə nazirliyinin şəhər rəsmilərinin irqi ayrı-seçkiliyə yol verdiyinə dair hesabatının ardınca istefa verməsindən bir neçə saat sonra baş verib.

Atışma zamanı bir güllə bir polis zabiti çiyninə, o biri isə ikinci polisin üzünə dəyib. Onların hər ikisinin aldıqları güllə yaralarından sağalacağı bildirilir.

Sent Luis şəhərciyinin baş prokuroru Robert Makkullok deyib ki, 20 yaşlı gəncin atəş açan zaman polisi hədəf alıb-almadığı hələlik aydın deyil. Prokuror həbs edilmiş şəxsə qarşı birinci dərəcəli hücum ittihamı irəli sürüləcəyini bildirib.

XS
SM
MD
LG