Accessibility links

Floridada Respublikaçı iddialıların son debatı keçirildi

  • Amerikanın səsi

Floridada Respublikaçı iddialıların son debatı keçirildi

Floridada Respublikaçı iddialıların son debatı keçirildi

Gələn həftə Florida ştatında keçiriləcək praymeriz ərəfəsində dörd Respublikaçı prezidentliyə iddialı son debatda qarşılaşıblar. Siyasətçilər mühacirət, vergilər, milli kosmos sənayesi məsələlərini müzakirə ediblər.

Öndə gedən Nyut Gingriç və Mitt Romni Jacksonville şəhərində təşkil olunmuş debatda bir-birlərini sərt tənqid etdilər. Kubaya coğrafi baxımdan ən yaxın olan Florida ştatında nəhəng kubalı mühacir icması yaşayır.

Gingriç Romnini anti-mühacir namizəd elan etdikdən sonra Romni bu bəyanatı "iyrənc" adlandıraraq Nümayəndələr Palatasının sabiq spikerindən üzr istəməyi tələb etdi. Romni dedi ki, o, adamların qanuni yolla ABŞ-a gəlməsini və işləməsini istəyir.

Romni Gingriçin Ayda koloniya yaratmaq haqda təklifini hədəf aldı. Rəqib Ron Pol bu məqamda replika ataraq Ayda koloniya yaratmaq əvəzinə bəzi siyasətçilərin Aya göndərilməsinə tərəfdar olduğunu söylədi.

Flordanın həmçinin nəhəng yəhudi əhalisi var. O üzdən İsrail debatda əsas faktor idi. Romni və Santorum bildirdilər ki, nə qədər ki, fələstinlilər israilin mövcudluq hüququnu tanımayıblar, yaxn Şərqdə sülh ola bilməz. Onların hər ikisi Preident Obamanı İsraili Qərb Sahilində yaşayış evləri tikməsini tənqid etdiyinə görə pislədilər.

XS
SM
MD
LG