Accessibility links

Gənc fəal İlkin Rüstəmzadə rəqsə görə həbs edilib

Bu gün Bakının Nəsimi rayon məhkəməsi Azad Gənclik Təşkilatının fəalı İlkin Rüstəmzadə barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

O əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə ifadə verməyə çağırılıb və sonra məhkəməyə aparılıb.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, İ.Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Vəkilin məlumatına görə, fəal “Harlem-shake” fleş-mob haqqında videosüjetin (gənclər Nyu Yorkun Harlem məhəlləsinin sakinlərinin stilində rəqs edirlər) sosial şəbəkələrdə yerləşdirilməsində təqsirli bilinir.

“İ.Rüstəmzadənin nə videoçəkilişə, nə də onun İnternetdə yerləşdirilməsinə bağlılığı yoxdur. Məhkəmənin qərarı absurddur. Mən youtube saytında həmin rəqsə baxmışam və orada ictimai qaydanın pozulması ilə bağlı hər hansı cinayət tərkibi yaradacaq hərəkət yoxdur”, o qeyd edib.

XS
SM
MD
LG