Accessibility links

Azərbaycan vətəndaşı Dağlıq Qarabağda dəfn olunub


 Kəlbəcərdə öldürülən Həsən Həsənov

Kəlbəcərdə öldürülən Həsən Həsənov

Həsən Həsənov Kəlbəcər rayonunda ermənilər tərəfindən öldürülüb

Ermənilərin Azərbaycanın Ermənistanın nəzarətində olan Kəlbəcər rayonunda öldürdüyü Azərbaycan vətəndaşı Həsən Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağda dəf edilib. BQXK məlumatına görə dəfn hörmətlə həyata keçirilib.

Bununla yanaşı BQXK-i Həsənovun cəsədinin qohumlarına verilməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, erməni tərəfi Kəlbəcərdə Həsən Həsənovla birgə olan digər iki azərbaycanlı - Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov kimi saxlamaqda davam edir.

XS
SM
MD
LG